Daşaltı Dövlət Təbiət Yasaqlığının sanitariya-mühafizə zonası təsdiqlənib - FOTO

15 Yanvar 2025 10:20 (UTC+04:00)

Daşaltı Dövlət Təbiət Yasaqlığının sanitariya-mühafizə zonası təsdiqlənib. SİA xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərarla yasaqlığın sanitariya-mühafizə zonası 289,5 hektarlıq sahədə təsdiq edilib.