Daşaltı Dövlət Təbiət Yasaqlığının sanitariya-mühafizə zonası təsdiq edilib

15 Yanvar 2025 10:13 (UTC+04:00)

Daşaltı Dövlət Təbiət Yasaqlığının sanitariya-mühafizə zonası təsdiq edilib. SİA xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, Azərbaycan Respublikasının Daşaltı Dövlət Təbiət Yasaqlığının sanitariya-mühafizə zonası əlavə olunmuş xəritədə göstərilən 289,5 hektarlıq sahədə təsdiq edilib.