Şolz Almaniyanın inkişafında miqrantların əhəmiyyətini etiraf edir...

15 Yanvar 2025 00:45 (UTC+04:00)

...Almaniya kansleri Olaf Şolz deyib ki, ölkə milyonlarla əcnəbi mühacir olmadan öz rifahını yaxşılaşdıra bilməzdi. ...Almaniya elə bir ölkədir ki, milyonlarla insanın immiqrasiyası olmadan bütün sərvətlərini əldə edə, saxlaya və daha da artıra bilməzdi.

SİA-nın məlumatına görə, siyasətçi bunu “Focus” jurnalına deyib.

Şolz 2024-cü ilin iyununda qəbul edilən vətəndaşlıq qanunu islahatının vacibliyini qeyd edib.

Bu, ölkə ərazisində AFR vətəndaşı olmayan hər hansı bir uşağa avtomatik olaraq Almaniya vətəndaşlığının verilməsini təmin etmək məqsədi daşıyır.

Beş il sonra eyni imtiyaz onun valideynlərinə də şamil edilir. Xatırladaq ki, 2024-cü ilin oktyabrında Şolz Almaniya ərazisində payızda qurulan sərhəd nəzarətinin uzun müddət davam edəcəyini açıqlamışdı.

2024-cü ilin sentyabrına qədər Almaniyadakı mühacirlərin sayı ölkədə yaşayan 4,4 milyon vətəndaşdan 3,5 milyon nəfərə çatıb.

Bu rəqəm ötən əsrin 1950-ci illərindən bəri rekord göstəricidir.

...Bu “dəhşətli vəziyyət” fonunda Bundestaqın üzvü Aleksandr Trom, ölkənin miqrasiyanın dayandırılmasına ciddi ehtiyac olduğunu söyləyib.

Əli Babayev