...Ukrayna tərəfindən əsir götürülən Şimali Koreya əsgəri Rusiyada yeni sənədlər aldığını, orada ona yeni ad verildiyini təsdiqləyib.
SİA-nın məlumatına görə, bu barədə Ukrayna prezidenti Vladimir Zelenskinin Telegram-kanalında yayımlanan ukraynalı müstəntiqlərin Şimali Koreyadan əsir götürülən əsgərlə söhbətinin videoyazısında deyilir.
...Biz faktları müəyyənləşdiririk. Bütün təfərrüatları yoxlayırıq. Dünya Rusiyanın tam informasiya vakuumunda böyüyən, Ukrayna haqqında heç nə bilməyən və Rusiya tərəfindən yalnız bu müharibəni davam etdirmək və genişləndirmək üçün istifadə edən bu uşaqlardan necə istifadə etdiyi barədə tam həqiqəti biləcək, - dövlət başçısı videonun altında qeyd edib.
Ukrayna Silahlı Qüvvələri tərəfindən harada və necə əsir götürüldüyünü soruşduqda, Şimali Koreya əsgəri “dəqiq xatırlamıram, amma bir növ döyüş olub” deyə cavab verib.
Onun sözlərinə görə, döyüşdən sonra geri çəkilmə olub. Və yaralı olduğu üçün yerindən tərpənə bilmədiyi və evakuasiya edilmədiyi üçün təxminən 3-5 gün tək qalıb.
...Bundan sonra Ukrayna əsgərləri məni tapdılar, bir növ iynə vurdular və maşınla bura gətirdilər, – məhbus deyir.
Onun yanında olan rus sənədlərində, əsgərin dediyinə görə, onun əsl adı və fotoşəkili yox idi.
...Fotoşəkil yox idi. Adını da xatırlamıram, amma orada mənim adım deyildi.
Bunu deyən hərbi əsir, həmçinin Şimali Koreya hərbçilərinə ukraynalı hərbi əsirlərlə necə davranmaq barədə təlimat aldığını bildirib.
...Mən belə bir məşq etdim: Ukraynadan bir əsgər tutsaq, ona evin şəklini göstəririk. Bir evin şəklini, digəri isə silah şəklini. Biz ona göstərməliyik və nə seçdiyini soruşmalıyıq. .Evi seçsə, onu buraxırlar: Silah seçsə, onu əsirliyə təhvil veririk,- deyə Şimali Koreyalı əsgər deyir.
Onun sözlərinə görə, nə özü, nə də onun bölməsindən başqa heç kim ukraynalı əsgərləri əsir götürməyib.
Əli Babayev