“Sevilya”nın futbolçusu mərc etdiyi üçün saxlanılıb

14 Yanvar 2025 19:32 (UTC+04:00)

İspaniyanın “Sevilya" komandasının futbolçusu Kike Salas saxlanılıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, müdafiəçi oyun zamanı qəsdən sarı vərəqə almaqda şübhəli bilinir.

Futbolçu oyun zamanı qəsdən sarı vərəqə alıb ki, bir neçə şəxs mərci qazana bilsin.

Polisin apardığı araşdırmaya əsasən, dələduzluq La Liqanın ötən mövsümünün son matçlarında baş verib.

İstintaq təsdiqini tapsa, Kike Salas altı aydan üç ilədək həbs cəzası alacaq.