Efiopiya Livanda olan 164 vətəndaşını geri çağırıb

14 Yanvar 2025 18:30 (UTC+04:00)

Efiopiya Yaxın Şərq ölkəsindəki təhlükəsizlik vəziyyəti ilə əlaqədar Livanın paytaxtı Beyrutdan 164 vətəndaşını geri çağırıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bununla bağlı Efiopiya Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Bəyanatda bildirilib ki, hökumət təhlükəsizlik problemi ilə üzləşən müxtəlif ölkələrdə olan vətəndaşlarını geri çağırır.

Xatırladaq ki, 2024-cü ilin oktyabrında Efiopiya hökuməti Livanda olan daha 51 vətəndaşını geri çağırmışdı.