Li Xiang 2024-cü ildə Çinin ən böyük NEV istehsalçısı olub...

14 Yanvar 2025 23:53 (UTC+04:00)

...2024-cü ilin satış nəticələri göstərdi ki, Çin şirkəti Li Xiang (Li Auto) NEV elektrik avtomobillərinin istehsalçıları arasında lider olub. Müvafiq olaraq ikinci və üçüncü yerləri tutan HIMA və GAC Aion ilə birlikdə şirkətlər keçən il ümumilikdə 350 mindən çox avtomobil satıblar.

Xüsusilə, dekabr ayında Li Xiang 58 500 avtomobil sataraq yeni rekorda imza atıb ki, bu da 2023-cü ilin eyni ayı ilə müqayisədə 16,21 faiz çoxdur. Şirkətin illik satışları əvvəlki illə müqayisədə 33 faiz artaraq 500.000 nüsxəni keçib.

SİA-nın məlumatına görə, Li Xiang bu nəticəni əldə edən ilk NEV istehsalçısı olub.

…İkinci yerdə ildə 445 min avtomobil satan HIMA qərarlaşıb. Aito M9 modeli 200.000 ədəddən çox sifarişlə satış lideri olub.

Sonrakı yerdə üçüncü yeri tutan və 354 000 avtomobil satan GAC Aion brendi gəlir.

TOP-10-da həmçinin Leapmotor (293 700 ədəd), Deepal (243 900 ədəd), Zeekr (222 100 ədəd), Nio (221 900 ədəd), Xpeng (190 000 ədəd), Xiaomi (135 000 ədəd) və Voyah (85 ədəd) var.

Dərc edilmiş məlumatlara görə, yalnız üç avtomobil istehsalçısı illik planını tam yerinə yetirə bilib: Li Xiang, Leapmotor və Xiaomi…

Nazlı Almuradova