Lukaşenko Azərbaycana yeni səfir GÖNDƏRİR

14 Yanvar 2025 14:15 (UTC+04:00)

Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycana yeni səfir təyin edib. SİA-nın məlumatına görə, bu barədə Belarusun “Belta” agentliyi məlumat yayıb.

Sözügedən vəzifəyə Dmitri Pineviç gətirilib.

Qeyd edək ki, 2020-ci ilin noyabrından Belarusun Azərbaycandakı səfiri Andrey Ravkov olub.