Vətəndaşların hazırlığını keçirən təhsil müəssisələrinin yeni siyahısı

14 Yanvar 2025 11:28 (UTC+04:00)

Nazirlər Kabinetinin 2014-cü il 14 may tarixli 147 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xüsusi hərbi ixtisaslar üzrə vətəndaşların hazırlığını keçirən təhsil müəssisələrinin Siyahısı”nda dəyişiklik edilib. SİA xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı yanvarın 13-də qərar imzalayıb.

Qərara əsasən, "Xüsusi hərbi ixtisaslar üzrə vətəndaşların hazırlığını keçirən təhsil müəssisələrinin Siyahısı” yeni redaksiyada verilib.