...Polşanın “Marlen Ditrix”i adlandırılan teatr və kino aktrisası Barbara Rılska 89 yaşında vəfat edib.
SİA-nın məlumatına görə, xəbəri “Onet” Polşa Səhnə Aktyorları İttifaqı yayıb.
Aktrisanın yanvarın 11-də dünyasını dəyişdiyi bildirilir.
Qeyd edilir ki, Rılska ötən əsrin 60-cı illərində filmlərdə rol almağa başlayıb və o vaxt sovet tamaşaçılarına yaxşı tanış olub.
Aktrisa "Narahat bacısı", "Zelenayadakı malikanə", "Axtarılan axtarılır", "Juliya, Anna, Genovefa" filmləri sayəsində populyarlıq qazanıb.
1970-ci illərdə aktrisa aktyorluğu dayandırıb və uzun müddət ekranlara çıxmayıb. Bununla birlikdə, 2000-ci ildə onun iştirakı ilə bir anda üç Polşa televiziya seriyası çıxdı: "Foster Ailə", "Kirayəçilər" və "Adəm və Həvva" meydana çıxıb.
Sənətçi kino və teatrda işləməklə yanaşı, müğənni kimi də səhnədə çıxış edib.
Barbara Rılska 20 yanvar 1936-cı ildə Varşavada anadan olub.
O, Varşava Dramatik İncəsənət Akademiyasını bitirib, Varşava Komediya Teatrında, Varşava Ludova Teatrında və Kvadrat Teatrında işləyib.
Nazlı Almuradova