Ukraynanın müdafiə naziri ingilis həmkarı ilə görüşüb

13 Yanvar 2025 18:02 (UTC+04:00)

...Ukrayna Müdafiə Nazirliyinin rəhbəri Rüstəm Umerov Londonda Böyük Britaniyanın müdafiə naziri Con Hili ilə görüşüb.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə Telegram-da Ukrayna Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

...Danışıqlarımızın əsas mövzusu 2025-ci ildə təhlükəsizliyin əsas sahələrində ikitərəfli əməkdaşlıq planlarına dair razılaşma olub.

Umerovun sözləri nəşrdə sitat gətirilir. O, həmçinin britaniyalı həmkarı ilə ünsiyyətdə Ukrayna müdafiə-sənaye kompleksinin inkişafına xüsusi diqqət yetirildiyini qeyd edib.

Bundan əvvəl Umerov Kiyevin 2025-ci il üçün hərbi planını açıqlamışdı. O, bunu Almaniyada eyniadlı bazada Ramşteyn formatında keçirilən görüşdə müttəfiqlərə təqdim edib.

Əli Babayev