Bütün dişlərinizi bir gündə müalicə etməyə çalışmayın...

13 Yanvar 2025 23:24 (UTC+04:00)

...Eyni anda bir və ya maksimum iki dişin müalicəsi tövsiyə olunur - Bu, kifayətdir, çünki öz bədəninizin reaksiyasını əvvəlcədən qiymətləndirmək çətindir.

SİA-nın məlumatına görə, bütün dişləri bir anda müalicə etməyə çalışmaq faciəvi nəticələrə səbəb ola bilər

Məsələn, Moskva vilayətində 59 yaşlı qadın diş həkiminə getdikdən bir gün sonra vəfat edib. Məsələ bundadır ki, orada onun bütün dişləri bir anda çıxarılıb.

Çıxarılan dişlərin dəqiq sayı göstərilmir.

Moskvada 19 yaşlı gənc diş həkiminə bir dəfə müraciət edərək 11 dişini müalicə etmək qərarına gəlib və müalicə üçün 70 min rubl ödəyib.

Prosedur dörd saat çəkib və xəstə üç anesteziya iynəsi tələb edib. Ertəsi gün səhər gənc ölüb.

Belə acınacaqlı nəticələrə insanların bəzən dişlərini müalicə edərkən əl atdıqları ifrat məqamlar, həkimlərin peşəkarlığının olmaması səbəb olur.

“GorodChe” nəşri məsləhət görür ki, bir ziyarətdə bir neçə diş problemini həll etməyə çalışmamalısınız.

Bir anda bir və ya maksimum iki dişi müalicə etmək tövsiyə olunur - bu, kifayət qədər olacaq, çünki bədəninizin reaksiyasını əvvəlcədən qiymətləndirmək çətindir.

Diş müalicəsi infeksiya riski, qan itkisi və anesteziklərin təsiri ilə əlaqəli ciddi bir prosedurdur.

Ziyarətlər arasında fasilə vermək daha yaxşıdır.

Beləliklə, gülüşünüzün estetik görünüşünə diqqət yetirməklə sağlamlığınızı itirməyəcəksiniz.

...Bu arada Çexiyada bir xəstə qazanc üçün 18 sağlam dişini çıxaran diş həkimini məhkəməyə verir.

Nazlı Almuradova