DİQQƏT: Qubanın bu kəndində 30 ildən çoxdur qaz yoxdur - KİMDİR MÜQƏSSİR? - VİDEO

13 Yanvar 2025 12:38 (UTC+04:00)

Kəndin bir hissəsində qaz var, digər hissəsində yoxdur. SİA Xezerxeber.az-a istinadən xəbər verir ki, Qubanın Vladimirovka kəndi rayon mərkəzindən 3 kilometr aralıda yerləşsə də, kəndin bir hissəsində sakinlər evlərini qızdırmaq üçün odundan istifadə edirlər. Özü də bu vəziyyət 30 ildən çoxdur ki, davam edir.

Sakinlər alternativ olaraq odun, kömür və ya elektrik enerjisindən istifadə edirlər ki, bu da maddi olaraq baha başa gəlir.

Problemlə bağlı "Azəriqaz" İstehsalar Birliyinin Şöbə rəisi Teymur Cəfərov "Xəzər xəbər"ə açıqlamasında bildirdi ki, Vladimirovka kəndində qazlaşdırılma işlərinin davam etdirilməsi və yekunlaşdırılması üçün müvafiq tədbirlər görülür.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.