Ötən il əlilliyi olan şəxslərə 97 min reabilitasiya vasitəsi təqdim edilib

13 Yanvar 2025 12:30 (UTC+04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən ötən il əlilliyi olan şəxslərə 97 min reabilitasiya vasitəsi verilib. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, onlardan 7 mini təkərli oturacaq (o cümlədən 308-i mühərrikli təkərli oturacaq), 2,1 mini aşağı və yuxarı ətraf protezi, 2,3 mini eşitmə aparatı, 3 mini əsa, qoltuqaltı və dirsəkaltı ağac olub.

Həmin şəxslərə 3,6 min cüt protez ayaqqabı, 6,6 min ortopedik ayaqqabı və s. reabilitasiya vasitələri də təqdim olunub.

Ümumilikdə son bir ildə 12,2 min nəfər əlilliyi olan şəxs reabilitasiya vasitələri ilə təmin edilib.