"Valideynlər övladlarını daha da yükləyir bu da... " - MÜNASİBƏT BİLDİRİLDİ

13 Yanvar 2025 11:37 (UTC+04:00)

“Bizdə valideynlər çox vaxt gənckən müəyyən səbəblərdən əldə edə bilmədiyi, onların da öz valideynlərinin nəyəsə icazə vermədiyi, qarşılarını hər hansı bir nüasnan kəsdiyindən onlar da öz uşaqlarının üzərinə düşürlər. Valideynlərin çoxu özünün əldə edə bilmədikləri arzularını uşaqlarından umurlar. Yəni övladının nələrəsə çatacaq qabiliyyətini nəzərə almayıb onları daha da yükləyirlər. Bir sözlə uşağın bacarıq qabiliyyətini nəzərə almadan, mükəmməliyyətçilik perfeksanizm nüasından yanaşaraq uşaqları müxtəlif uğurlara səsləyirlər”. Bu sözləri ailə və uşaq psixoloqu, təlimçi Aynur İsmayılova SİA-ya açıqlamasında deyib.

Psixoloq həmçinin qeyd edib ki, hər bir gəncin beynində hər zaman yarımçıqlıq, yəni mən filan şeyə çata bilmədim, mütləq şəkildə çatmalıyam deyib onu ehtiyacı oldu-olmadı hər şeyə çatmaq təzyiqini özündə formalaşdırır: “Bu da onda özü hiss etmədən nevroz xəstələyinə səbəb olur, daha çox aqressiv olmağa başlayır, ətrafına və özünə zərər verir. Amma valideynlər uşaqlarının erkən yaşlarda bacarıqlarını kəşf edib, bu bacarığın onda nə qədər mükəmməl olduğuna inandırsalar, sənin bacarığın başqasında yoxdu, bununla qabağa gedə bilərsən mexanizminə inandırsalar gələcəkdə də həmin uşaq bir gənc kimi özünü hər şeyə çatmaq təzyiqi fikrindən geri atar. Yəni öz işi ilə istədiyi və sevdiyi şəkildə məşğul olub daha çox xoşbəxt ola bilər, aqressiv olmaq yerinə insanları sevindirməyə, onlara xeyir verməyə çalışar”.