Azərbaycan - Yunanıstan oyununun təyinatları

13 Yanvar 2025 10:15 (UTC+04:00)

Futzal üzrə Azərbaycan millisinin Bakıda Yunanıstana qarşı keçirəcəyi AVRO-2026-nın əsas mərhələsinin oyunu üçün təyinatlar bəlli olub. Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, qarşılaşmaya Norveç və Almaniyadan olan ədalət təmsilçiləri təyinat alıblar.

Hakimlər Telmen Undrax (Norveç), Yakob Pavlovski (Almaniya), Daq Erik Tanqvik (Norveç) olacaq. Hakim-inspektor vəzifəsini Sreten Vasiç (Serbiya) yerinə yetirəcək. UEFA nümayəndəsi isə Vladimir Kolbasyuk (Moldova) olacaq.

Qeyd edək ki, Azərbaycan - Yunanıstan görüşü fevralın 4-də, saat 20:00-da başlayacaq.