Balakəndə fərdi yaşayış evi yanıb. SİA-nın məlumatına görə, ötən gün axşam saat 20 radələrində rayonun Şərif kəndində, kənd sakini Fatma Mohuma qız Hüseynovaya məxsus, ümumi sahəsi 210 kv/m olan kürsülü birmərtəbəli fərdi yaşayış evində yanğın baş verib.
Yanğının söndürülməsi üçün əraziyə Balakən rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyətləri cəlb olunub. Yanğın nəticəsində evin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə yanıb.
Yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.