Bakıda avtomobil piyadanı vuraraq öldürüb. SİA xəbər verir ki, hadisə Yasamal rayonu Ş. Mehdiyev küçəsində qeydə alınıb.
Məzahir Kərimov idarə etdiyi "Hyundai Grandeur" markalı avtomobillə hərəkətdə olarkən piyada 1961-ci il təvəllüdlü Şaiq Mansurovu vurub.
Nəticədə piyada aldığı xəsarətdən ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.