Ukrayna Dnestryanıda yaranan humanitar böhrana görə Moldovaya gömrük yardımı etməyə hazırdır. SİA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski xalqa növbəti müraciəti zamanı məlumat verib.
Prezident Moldova Prezidenti Maya Sandu ilə bu mövzuda müzakirə etdiyini bildirib. Prezidentlər Dnestryanıya humanitar böhranı aradan qaldırmaq üçün necə kömək etməyi müzakirə ediblər.
"Biz Dnestryanıdakı humanitar böhrandan necə çıxmağı müzakirə etdik. Orada enerji böhranı var. İnsanlar əziyyət çəkirlər. Ukrayna kömək etməyə hazırdır”, - deyə Zelenski əlavə edib.