Türkiyəli müğənni İrem Derici bədbəxt hadisə ilə üzləşib. SİA “Sabah” nəşrinə istinadən xəbər verir ki, sənətçi Mersindəki konsertindən əvvəl evində yıxılıb. Xəstəxanaya aparılan sənətçinin kəllə-beyin travması aldığı üzə çıxıb. Onun bu səbəbdən konserti təxirə salınıb. İfaçı hazırda müalicə alır.