Bayden və Netanyahu Qəzzada atəşkəs perspektivlərini müzakirə ediblər

13 Yanvar 2025 01:48 (UTC+04:00)

Vəzifəsini tərk etmək üzrə olan ABŞ Prezidenti Co Bayden İsrailin Baş naziri Benyamin Netanyahu ilə Qəzza zolağında atəşkəs sazişinin bağlanması perspektivlərini müzakirə edib. SİA xəbər verir ki, bu barədə Ağ evin mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.

Qeyd edilib ki, Bayden və Netanyahu Dohada danışıqların gedişinə toxunublar, atəşkəs və Fələstinin HƏMAS hərəkatı tərəfindən keçən il mayın 27-də razılaşdırılmış şərtlərlə girovların azad edilməsinə dair razılaşma, eləcə də İsrail və Livan arasında “atəşkəs razılaşması ilə əlaqədar regionda vəziyyətin dəyişməsini” müzakirə ediblər.