"Kəpəz"in futbolçusu klubdan ayrılıb

12 Yanvar 2025 16:20 (UTC+04:00)

"Kəpəz"in futbolçusu Mahir Həsənov komandadan ayrılıb. SİA xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

23 yaşlı müdafiəçi karyerasını I Liqa təmsilçisi "Difai"də davam etdirəcək.

O, cari mövsümün sonuna qədər icarə əsasında Ağsu təmsilçisinin şərəfini qoruyacaq.