Britaniyalı seçicilərin yarıdan çoxu amerikalı sahibkar İlon Maskın Böyük Britaniya siyasətinə mənfi təsir göstərdiyini bildirib. SİA xəbər verir ki, bu barədə “Observer” qəzetinin sorğusunun məlumatları sübut edib
Britaniyalılar əsasən Maskın ölkənin baş naziri Kir Starmer və Böyük Britaniyanın İslahat Partiyasının rəhbəri Naycel Farajla bağlı açıqlamalarına diqqət yetiriblər.
Sorğuda iştirak edənlərin 53%-i Maskın ölkə siyasətinə mənfi təsir etdiyini deyib.
Qeyd edilib ki, Maskın “X”də Böyük Britaniyanı tiran hökumətdən azad etmək təklifi ilə yazısı diqqət çəkib. O, bu yaxınlarda iddia edib ki, İngiltərənin ədliyyə sistemi uşaq cinsi alveri şəbəkələri ilə bağlı qalmaqal fonunda tamamilə məhv edilib.