Los-Ancelesdə meşə yanğınları səbəbindən 153 min sakinin təxliyəsi əmri verilib. SİA xəbər verir ki, bu barədə Los-Anceles dairəsinin şerifi Robert Luna məlumat verib. Luna bildirib ki, 57 min struktur risk altındadır. Şerif qeyd edib ki, yanğınların səbəbləri aktiv şəkildə araşdırılır. Onun sözlərinə görə, yanğınlar nəticəsində azı 11 sakin həlak olub.