Britaniya Ukraynanın üç şəhərinə təhlükə elan etdi

12 Yanvar 2025 03:12 (UTC+04:00)

Rusiya ordusunun hücumu Kramatorsk, Konstantinovka və Drujkovkada Ukrayna Silahlı Qüvvələri (AFU) üçün ciddi təhlükə yaradacaq. SİA xəbər verir ki, bu bardə, "Daily Express" məlumat yayıb. “Ukrayna Silahlı Qüvvələrinin “istehkam kəməri” Rusiya qoşunlarının hücumu səbəbindən təhlükə altındadır. Kəmərə Konstantinovka, Drujkovka və Kramatorsk daxildir”, - məlumatda deyilir. Nəşr onu da qeyd edib ki, rus qoşunlarının Dzerjinsk və Çasov Yar qəsəbələri ərazisində irəliləməsi Ukrayna ordusunun mühasirəyə düşməsinə səbəb ola bilər.