Ermənistanda zəlzələ baş verib

11 Yanvar 2025 21:10 (UTC+04:00)

...Spitak şəhəri yaxınlığında 2,1 bal gücündə zəlzələ baş verib. SİA xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin Xilasetmə Xidməti məlumat yayıb.

Lori rayonunun Spitak şəhəri və Arevaşox kəndində 2-3 bal gücündə zəlzələ hiss olunub.

“Yanvarın 11-də yerli vaxtla saat 18:31-də Ermənistan Respublikası Daxili İşlər Nazirliyinin Ərazi Seysmik Mühafizə Xidməti Spitak şəhərindən 1 km şimalda zəlzələ qeydə alıb”, - məlumatda deyilir.

Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.

Əli Babayev