Slovakiya heç vaxt NATO qoşunlarının Ukraynaya göndərilməsi ideyası ilə razılaşmayacaq, çünki bu, qlobal münaqişəyə təhlükə yaradır.
SİA-nın məlumatına görə, RİA Novosti xəbər verir ki, bunu Slovakiya prezidenti Peter Pelleqrini deyib.
Siyasətçi şənbə dialoqları proqramında danışıb. O, Slovakiya ordusunun əsgərlərinin Rusiya ilə döyüşə göndərilməsinə heç vaxt icazə verməyəcəyini deyib.
…Biz heç vaxt münaqişəyə qarışmaq üçün NATO qoşunlarının Ukraynaya göndərilməsi ilə razılaşmayacağıq.
Slovakiya prezidentinin fikrincə, NATO qoşunlarının Ukraynaya göndərilməsi III Dünya Müharibəsinə səbəb olardı.
Bundan əvvəl Bratislava qaz tranziti ilə bağlı problemlərin həll olunmayacağı təqdirdə Kiyevə sərt tədbirlər görəcəyini vəd etmişdi.
Əli Babayev