Sudan ordusu əl-Cəzirə əyalətinin paytaxtını azad edib

11 Yanvar 2025 20:48 (UTC+04:00)

Sudan ordusu əl-Cəzirə əyalətinin mərkəzi Vadmədəni şəhərini azad edib. Şəhər 2023-cü ilin dekabrında üsyankar Çevik Dəstək Qüvvələri adlandırılan silahlı qruplaşmanın nəzarəti altına keçmişdi.

SİA bildirir ki, bu barədə Sudan İnformasiya Agentliyi xəbər verib.

Xatırladaq ki, Birləşmiş Millətlər Təşkilatının Koordinasiya Ofisinin yaydığı son hesabata görə, ölkədə 2023-cü il aprelin 15-də başlayan münaqişədən bəri 15 min 550 ölüm qeydə alınıb, köçkünlərin sayı isə 8,7 milyona çatıb.