“Heç bir danışıqlar olmayacaq”...

11 Yanvar 2025 20:15 (UTC+04:00)

...Monqolustanda hökuməti duman və işsizliklə mübarizə aparmamaqda ittiham edən etirazçılar paytaxt Ulan-Batorun mərkəzi Sülh prospektini bağlayıblar.

SİA-nın məlumatına görə, bu barədə News.mn internet nəşri yazır.

Bildirilir ki, etirazçıların sıxlığı səbəbindən Sülh prospekti ilə hətta təcili tibbi yardım maşınları da hərəkət edə bilmir, 15 avtobus marşrutu iki saat ərzində dayandırılıb.

Şəhər sakinləri ictimai nəqliyyatın zəif işləməsi ilə bağlı paytaxtın Nəqliyyat Departamentinə şikayətlər etməyə başlayıblar.

O da qeyd olunur ki, günorta saatlarında kiçik dinc piketlə başlayan nümayişdə mindən çox insan iştirak edir.

Kütlə əsasən sərxoş olan gənclərdən ibarətdir..?

Aksiyanın təşəbbüskarı və təşkilatçısı “Azadlıq Alyansı” partiyası olub.

Əli Babayev