Moskva vilayətinin Dmitrov şəhər rayonunun Yaxroma şəhərində psixiatriya xəstəxanası yanıb.
SİA xəbər verir ki, bu barədə REN TV məlumat yayıb.
Hazırda binanın dam örtüyü yanır. Telekanalın məlumatına görə, yanğının sahəsi təxminən 1 min kvadratmetrdir.
Bir müddət bundan əvvəl tibb müəssisəsinin binasında əsaslı təmir işləri aparılıb.
Ölən və yaralananlar barədə hələ ki, məlumat yoxdur. Hazırda yanğının səbəbləri araşdırılır.
Bundan əvvəl məlum olub ki, Sankt-Peterburqda “Qornı institutu” metrostansiyası yaxınlığında yerləşən “Elektroapparat” zavodunda yanğın baş verib.
Həmin vaxt itkilər barədə məlumat verilmir. Bundan əvvəl Moskvanın şimalında yenidənqurma işləri aparılan ikimərtəbəli binanın damı yanıb.
Yanğın Vrubel küçəsində baş verib.
Əli Babayev