İngiltərə Federasiya Kuboku: "Liverpul" növbəti mərhələyə yüksəlib

11 Yanvar 2025 18:30 (UTC+04:00)

"Liverpul" komandası İngiltərə Federasiya Kubokunda növbəti mərhələyə vəsiqə qazanıb.

SİA xəbər verir ki, Mersisayd təmsilçisi 1/32 finalda doğma meydanda "Akkrinqton"la qarşılaşıb. Görüş ev sahiblərinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qolları Dioqo Jota, Trent Aleksandr-Arnold, Jaydon Danns və Federiko Kyeza vurublar. Bununla da, "Liverpul" komandası adını 1/16 final mərhələsinə yazdırıb.