İstanbulda ənənəvi olaraq keçirilən “Türk telekom prime qəhvə” konserti bu dəfə Azərbaycan caz musiqisinə həsr edilib. Bu məqsədlə İstanbulun ən böyük mədəniyyət məkanı olan Atatürk Mədəniyyət Mərkəzində görkəmli Azərbaycan bəstəkarı İlyas Mirzəyevin konsert proqramı təşkil edilib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bəstəkar konsertində 2004-cü ildə işıq üzü görən “Jazz in blue red green” albomunda yer alan əsərləri səsləndirib. Bunların arasında “Xoş gəldin”, “Adio”, “Good” kimi caz musiqiləri ilə yanaşı, İlyas Mirzəyevin həyat yoldaşına həsr etdiyi “Leyla” əsəri də yer alıb.
Konsert izləyicilərin gur alqışları ilə müşayiət olunub.
Proqramda iştirak edənlər arasında Türkiyə və Azərbaycanın mədəniyyət sahəsində tanınmış simaları da yer alıb. Proqramdan sonra bəstəkar dinləyiciləri üçün “Jazz in blue red green” albomunu imzalayıb.