Türkiyə Prezidenti Azərbaycana səfir təyinatını təsdiqləyib

11 Yanvar 2025 15:46 (UTC+04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan da daxil olmaqla, bir sıra ölkələrə səfir təyinatını təsdiqləyib. SİA xəbər verir ki, müvafiq qərar şənbə günü, yanvarın 11-də qüvvəyə minib və Türkiyə hökumətinin rəsmi qəzeti olan “Resmi Gazete”də dərc olunub.

Türkiyə liderinin qərarına əsasən, Birol Akgün Türkiyənin Azərbaycandakı yeni səfiri təyin olunub.

Bundan başqa, Türkiyənin daha beş ölkədə - Almaniya, İordaniya, BƏƏ, Mozambik və Kubadakı diplomatik nümayəndəliklərinin rəhbərləri dəyişib.