Yaponiya İndoneziyaya yüksəksürətli patrul katerləri verəcək. SİA “Kyodo”ya istinadən xəbər verir ki, bunu Yaponiyanın Baş naziri Siqeru İsiba bildirib.
Qərar İndoneziyanın Prezidenti Prabovo Subianto ilə danışıqlardan sonra qəbul edilib.
"Yaponiya müdafiə qabiliyyətinin gücləndirilməsi və enerji təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlığa can atır", - Baş nazir vurğulayıb.