Bələdiyyə seçkiləri ilə əlaqədar 6 milyon 52 min 721 seçki bülleteni çap olunacaq. SİA xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, MSK qanunvericiliyin tələblərinə uyğun olaraq seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanma qaydasını müəyyən edib.