ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın vəzifəyə başladığı ilk gündə 100-dən çox sərəncam imzalaması gözlənilir. SİA-nın “Associated Press”ə istinadla verdiyi məlumata görə, sərəncamlar sərhəd təhlükəsizliyi, o cümlədən ABŞ-Meksika sərhədində nəzarətin güclənməsi, deportasiya, məktəblərdə gender məsələsi, vaksinasiya və seçki kampaniyası zamanı vəd verdiyi digər məsələlərlə bağlı olacaq. Sənədlər yeni seçilmiş prezidentin komandası tərəfindən hazırlanır. Sərəncamların əksəriyyətinin yanvarın 20-si andiçmə günündə Prezident vəzifəni təhvil aldıqdan dərhal sonra imzalanacağı bildirilir.