Efiopiyada 5,2 bal gücündə zəlzələ baş verib

11 Yanvar 2025 07:08 (UTC+04:00)

Efiopiyada 5,2 bal gücündə zəlzələ baş verib. SİA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri 213 minə yaxın insanın yaşadığı Nəzrət şəhərindən 125 km cənub-qərbdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat verilməyib.