Rusiya nefti daşıyan tanker Almaniya sahillərində sürükləndi

10 Yanvar 2025 19:56 (UTC+04:00)

...Nəzarətdən çıxan tanker Baltik dənizindəki Rügen adasının şimalına doğru sürüklənir.

SİA “Bild”-ə istinadən xəbər verir ki, hadisə yerində işləyən Dəniz Xilasetmə Xidmətinin məlumatına görə, tankerin göyərtəsində təxminən 99 min ton neft var.

Söhbət Panama bayrağı ilə üzən “Eventin” tankerindən gedir. 248 metr uzunluğundakı gəmi Rusiyanın Ust-Luqa limanında neft yükləyib və yanvarın 6-da yola düşüb.

Son yer Misirdə Port Səid olaraq verilib.

Deyilənlərə görə,“Eventin” tankerinin 18 yaşı var və Rusiyanın Ukraynadakı müharibə ilə əlaqədar tətbiq etdiyi Qərb sanksiyalarından yan keçmək üçün istifadə edilən “kölgə donanması”nın bir hissəsidir.

Rusiyanın kölgə donanmasına texniki vəziyyətdə olan 100-dən çox tanker və digər yük gəmiləri daxildir. Onlar Baltik dənizində başqa ölkələrin bayraqları altında üzürlər və onların sahibləri çox vaxt naməlum qalır.

Əli Babayev