İranın dəstəklədiyi husilər Amerika Birləşmiş Ştatları, Böyük Britaniya və İsrailin paytaxt Səna və Hudeydə əyalətinə hava zərbələri endirdiyini açıqlayıb.
SİA-nın məlumatına görə, Husilərə məxsus SABA xəbər agentliyi hücumun Sənada Qəzzaya dəstək nümayişləri zaman həyata keçirildiyini qeyd edib.
Hudeydə əyalətindəki limanlara da hücum edildiyi bildirilib.
Husilər həmçinin ABŞ və Böyük Britaniyanın da Yəmənə hava hücumları təşkil etdiyini iddia edib.
Husilər İsrailin Qəzzaya hücumlarına cavab olaraq Qırmızı dənizdəki ticarət gəmilərini ələ keçirir və hücum edir.
ABŞ husilərə qarşı çoxmillətli dəniz əməliyyat qrupu yaratdığını açıqlayıb.
Husilər ABŞ və Britaniya gəmilərini hədəf alacaqlarını bildirmişdi.