Keir Starmer Alexander Stub və Kristen Mişel ilə görüşüb

10 Yanvar 2025 19:35 (UTC+04:00)

Böyük Britaniyanın baş naziri Keir Starmer Finlandiya prezidenti Alexander Stub və Estoniyanın baş naziri Kristen Mişel ilə sualtı telekommunikasiya kabellərində yaranan nasazlığı müzakirə edib.

SİA-nın məlumatına görə, görüşdə həmçinin Ukraynaya dəstək və sülh prosesi ətrafında fikir mübadiləsi aparılıb.

Starmer Estoniyanın təhlükəsizliyi və Rusiyanın “kölgə donanması” ilə bağlı narahatlıqlarını dilə gətirib.

Dekabrın 25-də yaranan fasilədən sonra ərazidən Rusiyaya aid olduğu güman edilən gəminin keçdiyi iddia edilmişdi.