Dmitri Peskov: ''Vladimir Putin Donald Trampla görüşə hazırdır''

10 Yanvar 2025 19:26 (UTC+04:00)

Kremlin sözçüsü Dmitri Peskov Rusiya prezidenti Vladimir Putinin ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla görüşə hazır olduğunu açıqlayıb.

SİA-nın məlumatına görə, Dmitri Peskov paytaxt Moskvada jurnalistlərin aktual mövzularla bağlı suallarını cavablandırıb.

Dmitri Peskov vurğulayıb ki, mövcud problemlər Putin-Tramp görüşü üçün heç bir şərt tələb olunmadan, dialoq yolu ilə həll edilməlidir.

O, görüşün təfərrüatlarının Donald Trampın yanvarın 20-də vəzifəyə başlamasından sonra müəyyən ediləcəyini bildirib.

O, həmçinin Co Bayden administrasiyasının Ukraynaya yeni təhlükəsizlik yardımı göstərmək qərarını tənqid edərək, ABŞ-ın hazırkı administrasiyasının müharibəni davam etdirməyə çalışdığını bildirib.