Tatarıstan sakini ticarət mərkəzindən 20 tapança və bir pala oğurlayıb

10 Yanvar 2025 18:40 (UTC+04:00)

...Naberejnıye Çelnı şəhərində Rusiyanın Tatarıstan Respublikası üzrə Milli Qvardiyasının əməkdaşları ticarət mərkəzindən pul, eləcə də 20 pnevmatik tapança və pala bıçağı oğurlayan sərxoş gənci saxlayıblar.

SİA rus saytlarına istinadən xəbər verir ki, departamentin mətbuat xidmətindən verilən məlumata görə, saat 23 radələrində Süyumbikə küçəsində yerləşən ticarət mərkəzində çaxnaşma düyməsinin işə salınması barədə hüquq-mühafizə orqanlarına siqnal daxil olub.

Rusiya Milli Qvardiyası dərhal hadisə yerinə gəlib. Mühafizəçi bildirib ki, o, videomonitorda pnevmatik silah və suvenirlərin satıldığı qapalı mağazanın pavilyonuna daxil olan oğrunu görüb.

Oğurluq edən şəxs kassadan nağd pul götürüb, həmçinin çantaya pnevmatik tapança, pala və digər əşyalar qoyub. Oğurlanan ümumi məbləğ 204 min rublu keçib.

Mühafizəçi qulduru saxlamaq istəyəndə o, oğurlanmış tapançalardan birini ona tuşlayıb. Gənc daha sonra oğurlanmış əşyaların olduğu çantanı yerə atıb, bıçaqla pəncərəni sındırıb və qaçıb.

Tezliklə həmin məhəllədəki ictimai nəqliyyat dayanacağında oxşar təsviri olan vətəndaş saxlanılıb.

2006-cı il təvəllüdlü gənc polisə etiraf edib ki, qəsdən tualetdə gizlənib, ticarət mərkəzi bağlanana qədər orada gözləyib. Sonra isə o, mağazaya girib və orada oğurluq edib. Saxlanılan şəxs barəsində 161-ci “Soyğunçuluq” maddəsi ilə cinayət işi açılıb.

Nazlı Almuradova