Ərdoğan Dənizli şəhərində çıxış edib

10 Yanvar 2025 18:18 (UTC+04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın azad olunmasından məmnunluğunu ifadə edib.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AK Partiya) Dənizli şəhərində keçirilən VIII Qurultayında çıxış edib.

Dekabrın 8-də Suriyada Əsəd rejiminin devrildiyini və müxalifətin Dəməşqi fəth etdiyini xatırladan Rəcəb Tayyib Ərdoğan deyib: “Türkiyə müxalifətin 13 illik zülmə son qoymasından məmnundur. Suriyanın azad edilməsi bizi də sevindirdi. Suriyada yaşanan münaqişənin mənfi təsirini ən çox hiss edən ölkələrdən biri də biz olduq''.

Xarici güclərin DEAŞ bəhanəsi ilə separatçı terror təşkilatı PKK/YPG-yə silah göndərildiyini xatırladan Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib: "Zalım Əsəd Suriyanı nəhəng narkotik istehsal edən fermaya çevirmişdi. Bura, ölüm və işgəncə mərkəzlərinə çevrilən həbsxanalar ilə cinsi zorakılığa məruz qalan qadınları da əlavə etmirəm. Suriyada, sözün əsl mənasında, xalq inqilabı baş verdi”, – deyə vurğulayıb.