Futbolçunun əxlaqsızlığı onun altı oyunluq diskvalifikasiyası ilə sonunclanıb

10 Yanvar 2025 18:09 (UTC+04:00)

İngiltərənin "Norviç" komandasının futbolçusu Borxa Sayns cəzalanıb.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, hücumçu Çempionşip çərçivəsində "Sanderlend"lə matçda (1:2) rəqibinə tüpürdüyünə görə altı oyunluq diskvalifikasiya edilib. O, həmçinin 12 min funt sterlinq məbləğində cərimələnib.

Futbolçu uyğunsuz davranışına görə rəqibindən və azarkeşlərdən üzr istəyib.

Qeyd edək ki, Borxa Sayns hazırda 15 qolla Çempionşipdə bombardirdir.