AFFA tərəfindən 26 əsas sahə üzrə 250-dən çox layihənin icrası nəzərdə tutulub. SİA xəbər verir ki, bu barədə qurumun inkişaf startegiyasının layihəsində bildirilib.
Futbolun populyarlaşdırılması yönündə 4 əsas sahə üzrə 54 layihə həyata keçiriləcək. Futbol mütəxəssislərinin inkişaf etdirilməsi üçün isə 3 əsas sahə üzrə 45 layihə nəzərdə tutulub.
Bundan başqa, regional və gənclər futbolu üçün 3 əsas sahə üzrə 61 layihə icra ediləcək. Maliyyə məsələləri ilə bağlı 2 əsas sahə üzrə 27 layihə planlaşdırılıb.
İnfrastrukturla bağlı 7 əsas sahə üzrə 20 layihənin həyata keçirilməsi planlaşdırılıb. İnklüzivlik üçün 3 əsas sahə üzrə 27 layihənin icrası nəzərdə tutulub.
İdarəetmə sistemi, liderlik və strategiyanın icrası üçün isə 4 əsas sahə üzrə 19 təşəbbüs irəli sürüləcək.