Məşhur türkiyəli müğənni Edip Akbayram xəstəxanaya yerləşdirilib. SİA Türkiyə KİV-nə istinadən xəbər verir ki, daxili qanaxma keçirən sənətçi reanimasiyaya aparılaraq intubasiya edilib. Qızı bildirib ki, Edip Akbayram bir müddət idi ki, pnevmoniyadan müalicə olunurdu, evə yenicə çıxmışdı, lakin müxtəlif fəsadlar səbəbindən daxili qanaxma keçirib.