Keçən il azad edilən ərazilərdə 15.9 km yeni yol çəkilib

10 Yanvar 2025 12:37 (UTC+04:00)

Ötən il 110 27 hektar ərazi mina və partlamamış sursatlardan təmizlənib, 161 ədəd piyada, 20 ədəd tank əleyhinə mina, 220 ədəd partlamamış hərbi sursatın zərərsizləşdirilib. SİA xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin 2024-cü ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına dair hesabat müşavirəsində məlumat verilib.

Bununla yanaşı, keçən il 1 000 metr məsafədə hərəkət təhlükəsizliyi üçün xüsusi valların salınıb, 30,6 km məsafədə mühəndis-texniki çəpərin və fiber-optik kabel xətti çəkilib.

Eyni zamanda, ötən il işğaldan azad edilmiş ərazilərdə 15.9 km yeni yolun çəkilib, 126.5 km yolun əsaslı təmir olunub.