Ötən il Azərbaycanın dövlət sərhədini pozduğuna görə saxlanılanların sayı açıqlanıb. SİA xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin 2024-cü ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına dair keçirilən hesabat müşavirəsində məlumat verilib.
Bildirilib ki, dövlət sərhədini pozduqlarına görə 514, sərhəd rejimini pozduqlarına görə 10 min 500, axtarışda olan 3 726, saxta sənədlərlə 123, özgəsinə məxsus sənədlə 10, dövlət sərhədindən buraxılış məntəqələrindən gizli şəkildə keçməyə cəhd göstərən 5 nəfər sərhədçilərin sayıqlığı nəticəsində saxlanılıb.