Keçən il 48 mindən çox şəxsə əlillik təyin olunub

10 Yanvar 2025 12:20 (UTC+04:00)

Ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi 48,2 min şəxsə əlillik təyin edib. Bu barədə SİA-ya nazirlikdən məlumat verilib.

Həmin şəxslərdən 23,9 mininə ilkin, 24,3 mininə isə təkrar əlillik təyinatı aparılıb.

Əlillik təyinatından sonra e-sistem üzərindən həmin şəxslərə əlilliyə görə proaktiv qaydada sosial ödənişlər (pensiya, müavinət, təqaüd) təyin olunub.