Naxçıvanda ötən il sahibkarlar 4 milyon manatdan çox güzəştli kredit alıb

10 Yanvar 2025 11:51 (UTC+04:00)

2024-cü ildə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu 38 layihənin maliyyələşdirilməsinə 4,2 milyon manatdan çox güzəştli kredit verib. Bu barədə SİA-ya nazirlikdən bildirilib.

Məumata görə, güzəştli kreditlərin 73 %-i sənaye, 21 %-i kənd təsərrüfatı, 6 %-i isə xidmət sektoruna ayrılıb.

Ötən il sahibkarların maliyyə əlçatanlığının artırılması məqsədilə Fondun əməkdaşlıq etdiyi müvəkkil kredit təşkilatlarının sayı 2 dəfə artırılaraq 6-ya çatdırılıb, əlavə olaraq 3 kredit təşkilatının əməkdaşlığa cəlb olunması üçün işlər davam etdirilir.